Amerika bombardmançıları Ukrayna ilə sərhəddə
    • 22-07-2024, 17:03
    • 146

Amerika bombardmançıları Ukrayna ilə sərhəddə

Birləşmiş Ştatlar Rumıniya Hərbi Hava Qüvvələrinin 57-ci “Mixail Koqalniçanu” aviabazasında iki B-52 Stratofortress qitələrarası strateji bombardmançı təyyarəsini yerləşdirib.

News24.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti yayıb. Məumata görə, bu təyyarələr “Avropa Bombardmançı İşçi Qrupu” əməliyyatında iştirak edəcək.

Aviabazaya çatdıqdan sonra B-52-lər Rumıniya və Finlandiya qırıcılarının müşayiəti ilə birgə uçuş həyata keçirib. Yerləşdirmənin bir hissəsi olaraq, onlar ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasında təhlükəsizliyi yaxşılaşdırmaq üçün NATO və digər beynəlxalq tərəfdaşlarla inteqrasiya edərək 20-ci Ekspedisiya Bombardmançı Eskadronu kimi fəaliyyət göstərəcək.

Bu, ilk dəfədir ki, Amerika strateji bombardmançıları Rumıniyada fəaliyyət göstərir.