42 saat liftdə qaldı - ƏTRAFLI
    • 22-07-2024, 17:48
    • 196

42 saat liftdə qaldı - ƏTRAFLI

Hindistanda bir kişi 42 saat yeməksiz və susuz xəstəxananın liftində qalıb. 

News24.az xəbər verir ki, bu barədə o, BBC-yə danışıb.

Hindistanın cənubundakı Kerala əyalətindən olan 59 yaşlı Ravindran Nair şənbə günü günorta həkimi ilə görüşməyi planlaşdırıb. 

Lakin o, xəstəxananın liftində ilişib qalıb. Ailə üzvləri də Nairin işdə olduğunu zənn etdikləri üçün ondan narahat olmayıblar.

Nair nə təcili yardımla, nə də ailə üzvləri ilə əlaqə saxlaya bilməyib. Daha sonra isə liftin işıqları sönüb.

Nair xilas edildikdən sonra məlum olub ki, o, tibb müəssisəsinin 2-ci mərtəbəsinə qalxarkən xəstəxananın xəstələri və ziyarətçiləri üçün nəzərdə tutulmuş liftdə ilişib qalıb. Hamamda yıxıldıqdan sonra kürəyində ciddi problemlər yarandığı üçün xəstə pilləkənləri çıxa bilməyib. 

Onun sözlərinə görə, ona təsəlli verən yeganə şey həyat yoldaşının yazdığı şeirləri oxumaq olub. Xilasetmədən sonra da  zəng etdiyi ilk şəxs həyat yoldaşı olub.

Qeyd edək ki, səhiyyə naziri də həmin şəxsdən üzr istəyib.

Məryəm İlhamqızı