Qəzzada həlak olan jurnalistlərin sayı 163-ə yüksəldi
    • 22-07-2024, 18:21
    • 240

Qəzzada həlak olan jurnalistlərin sayı 163-ə yüksəldi

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində daha bir fələstinli jurnalist həyatını itirib.

Qəzzada Fələstin hökumətinin Media Ofisinin yazılı açıqlamasında "Jurnalist Heydər İbrahimin ölümü ilə Qəzza Zolağındakı soyqırım savaşı başlayandan şəhid jurnalistlərin sayı 163-ə çatıb", - deyə qeyd olunub.

News24.az xəbər verir ki, Media İdarəsinin iyulun 21-də verdiyi yazılı açıqlamada, İsrail ordusunun hücumu altında olan Qəzza Zolağında həlak olan jurnalistlərin sayının 162 nəfər olduğu bildirilmişdi.

Açıqlamada İsrailin "Fələstinin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü" vurğulanıb.

Məryəm İlhamqızı