-
- 22-07-2024, 18:55
- 362
Oğuzda 11 yaşlı qız faciəvi şəkildə öldü
Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub ölüb.
News24.az "Unikal"a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yemişənli kəndində baş verib.
Kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yellənərkən yelləncəyin ipi boğazına dolanıb və 11 yaşlı qız boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.