Azərbaycanda bu türbə bərpa ediləcək
    • 23-07-2024, 12:54
    • 167

Azərbaycanda bu türbə bərpa ediləcək

Qobustan rayonundakı Diri Baba türbəsi bərpa ediləcək və ətrafı abadlaşdırılacaq.

News24.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, görüləcək işlər çərçivəsində ərazidə arxeoloji qazıntılar aparılacaq, abidəyə qalxan pilləkan, qəbirstanlıq ətrafındakı məhəccər, abidə qarşısında beton sahə, piyada yolu, abidənin üst hissəsində metal hasar, giriş hissədəki şlaqbaum təmir ediləcək.