-
- 23-07-2024, 20:43
- 471
İstidə susuzluğu necə yatırmaq olar?
Yayda istehlak etdiyimiz içkilərin demək olar ki, çoxu susuzluğu yaxşı yatırmır. Bu cür içkilər içmək istəyini daha da artırır. Belə içkilərin tərkibində çoxlu şəkər var, bunun əksinə, isti günlərdə istehlakı azaldılmalıdır.
News24.az Lent.az-a istinadən xəbər verir ki, belə hallarda sadəcə su içmək lazımdır.
İsti yay aylarında suya bəzi əlavələr etmək daha yaxşıdır. Limon susuzluğu yatırmaq üçün suyu ideal hala gətirir.
Limonlu su orqanizmin immun sistemini gücləndirir. Beyinin fəaliyyətinə və sinir sisteminə müsbət təsir göstərir. Limonlu su sidikqovucu xassəyə malikdir. Elə bu səbəbdən də bu içki orqanizmdə olan zərərli maddələrin xaric olunmasına köməlik edir.