-
- 24-07-2024, 12:38
- 388
İtalyan aşpazlarının makaron SİRRİ - ƏTRAFLI
Evdə tez-tez hazırladığımız və tələbə işi olaraq adlandırdığımız makaron, əslində sadə yeməkdən daha çox şeydir.
Hər kəs makaron hazırlaya bilər, lakin makaronu əsl italyan aşpazı kimi dadlı bişirmək üçün makaron qaynatmaq hiyləsini bilmək lazımdır. Reseptlərdə gizli olan bu məlumatla siz daha dadlı makaron bişirə biləcəksiniz.
News24.az həmin hiyləni təqdim edir:
Makaron bişirilərkən həyata keçirilən bəzi proseslər makaronun və təbii olaraq dadının dəyişməsinə səbəb olur. Makaron bişirərkən bir çoxumuzun təkrar etdiyi və əslində yanlış olan bir davranış makaron suyunu töküb makaronu yumaqdır. Suyu tökməmək və sonradan istifadə etmək yeməyə ləzzət qatır.
Tərkibində makaronun dadını verən nişasta olan makaron suyunun tökülməsi və yuyulması makaronun bütün qida dəyərini və dadını yox edir. Əvəzində suyun müəyyən hissəsini saxlamaq lazımdır. Sonra istəsəniz makaronu yuya bilərsiniz.
Kənara qoyduğunuz makaron suyundan isə sous hazırlamaq üçün istifadə edə bilərsiniz.
Makaron suyu ilə hazırlanan souslar həm daha yaxşı olur, həm də makaronun öz ləzzətini ehtiva etdiyi üçün yeməyə dad qatır.
Məryəm İlhamqızı