5 milyon dollarlıq "makaron" məhkəməsi
    • 5-12-2022, 10:39
    • 204

5 milyon dollarlıq "makaron" məhkəməsi

ABŞ-da maraqlı hadisə yaşanıb. 

News24.az xəbər verir ki, Florida ştatından olan bir istehlakçı makaron istehsalçısı olan şirkətə məhkəmədə 5 milyon dollarlıq iddia qaldırıb. 

Narazılığa səbəb isə məhsulun mikrodalğalı sobada hazırlanma müddətinə paketin açılması vaxtının daxil olmamasıdır.

Sözügedən məhsulun qablaşdırmasında pendirli makaronun 3,5 dəqiqəyə hazırlana biləcəyi qeyd olunub. /Yeni Şafak/

Teymur Məmmədov