“İndiki gənclik cinsi təlabatını ödəmək üçün ailə qurur”
    • 24-07-2024, 23:37
    • 398

“İndiki gənclik cinsi təlabatını ödəmək üçün ailə qurur”

“Boşandıqdan sonra düşünürlər ki, sanki bunlar üçün böyük bir həyatın qapıları açılır”.

News24.az xəbər verir ki, bu sözləri azxeber.com-a müsahibəsində müğənni Aydın Sani deyib.

Boşanmaların sayının çoxluğuna diqqət çəkən sənətçi sözügedən məsələdə ətraf mühitin rolundan danışıb:

“İndiki gənclər sanki əyləncə üçün evlənirlər. Sanki bunun üçün yeganə vasitəsi evlənməkdir. Ailələr evlənək, sonra boşanarıq prinsipi ilə qurulur. Və boşandıqdan sonra sanki bunlar üçün böyük bir həyatın qapıları açılır. Çılğın yaş dövründə onların arasında alovlanan bu hissləri söndürmək üçün evlənirlər. Biz gənclərə başa salmalıyıq ki, heç nə üçün tələsməyin. Qarşınızda gözəl bir ömür var. Amma mən tez ailə qurmuşam, 24 yaşında övladım var. Mənə deyərlər, bəs sən özün niyə? Mən yaxşı ki, bunu tez etmişəm. Biz iki gənc olaraq həyatda birlikdə mübarizə aparmışıq”.