“Azərbaycan danışıqlara hər zaman hazır olub”
    • 24-07-2024, 15:48
    • 444

“Azərbaycan danışıqlara hər zaman hazır olub”

"Azərbaycan Rusiyada və digər platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub".

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu TASS-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. 

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Ermənistanla Azərbaycan nümayəndələri arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirib. O, həmçinin ölkəsinin tərəflərə danışıqlar üçün maksimum rahat şərait yaratmağa hazır olduğunu bəyan edib.