Zaxarova azərbaycanlı jurnalistə nələr dedi? – VİDEO
    • 24-07-2024, 15:52
    • 285

Zaxarova azərbaycanlı jurnalistə nələr dedi? – VİDEO

Rusiya XİN sözçüsü Mariya Zaxarovanın bu gün keçirdiyi brifinqdə maraqlı anlar yaşanıb.

News24.az medianews.az-a istinadla xəbər verir ki, “CBC Azərbaycan” kanalının jurnalisti Brilyant İslamova özünü təqdim edib suala keçərkən, Zaxarova üzr istəyərək, onun sözünü kəsib.

Rusiya XİN sözçüsü bildirib ki, siz özünüzü təqdim edəndə “Sizinlə Brilyantdır” deyə bilərsiniz və əlavə edib ki, siz əhval-ruhiyyəmizi yüksəldirsiniz. O, bu cür pozitiv övlad böyütdüyünə görə İslamovanın valideynlərinə təşəkkür edib.