-
- 21-07-2023, 12:33
- 156
“Zaxarovanın Ərdoğan haqqında danışmağa ixtiyarı yoxdur” - Azərbaycanlı politoloq
“Ankara Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 (10) noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil və məhz bu sənəd əsasında Rusiya sülhməramlı kontingenti Qarabağ münaqişəsi zonasına (müvəqqəti - red.) yerləşdirilib”.
Bu fikirləri Rusiya XİN sözçüsü Mariya Zaxarova Türkiyə Prezidentinin Üçtərəfli noyabr bəyanatına əsasən, 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağı tərk etməli olduğuna dair çıxışını şərh edərkən deyib. Mariya Zaxarova qeyd edib ki, bu sənəddə həm kontingentin regionda qalma müddəti, həm də onun daha beş il müddətinə mümkün uzadılmasının parametrləri aydın şəkildə göstərilib.
Politoloq Cümşüd Nuriyev Zaxarovanın fikirlərini News24.az-a şərh edib.
O bildirib ki, Zaxarova diplomatik mədəniyyətdən və etiketdən kənara çıxır: “Mariya Zaxarova başa düşməlidir ki, 15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsi imzalanıb. Azərbaycan və Türkiyə nəinki strateji tərəfdaş, həm də hərbi əməkdaşdır. Həmçinin, Zaxarova anlamalıdır ki, bu iki ölkə Türk Dövlətləri Təşkilatının yaradıcılarıdır və bu təşkilatı qurmaqla bərabər birgə siyasət yürüdürlər. Üçüncüsü, o dərk etməlidir ki, hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatında bir yerdədir. Necə olur ki, Rusiya KTMT-də onunla birgə olan Ermənistanı hərtərəfli dəstəkləyir, bu dövlətin adından danışır. Türkiyə niyə bizim mövqeyimizdən danışmamalıdır? Harada Azərbaycan yoxdursa, orada Türkiyə danışıb, harada Türkiyə yoxdursa, orada Azərbaycan danışır. Zaxarovanın aqressivliyi Rusiyanın Ukraynada uduzmağının kompensasiyasına hesablanıb. Rusiya özünü dağılmaqdan xilas etsin, daha sonra Mariya Zaxarova kimilər bu məsələlərə qiymət verə bilər. Ərdoğan Putindən də üstün, yüksək səviyyəli dünya siyasətçisidir. Ona görə də Ərdoğan haqqında Zaxarovanın danışmağa ixtiyarı yoxdur”.