-
- 25-07-2024, 08:21
- 935
Türkiyədə zəlzələ oldu
Türkiyənin Tokat vilayətində 4 bal gücündə zəlzələ baş verib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) X sosial media hesabında paylaşım edib.
AFAD bildirib ki, baş verən zəlzələnin dərinliyi 7 kilometr olub.
Zəlzələ dağıntı və fəsadlara yol açmayıb.