Keçmiş həyat yoldaşı və uşaqlarının yaşadığı evi YANDIRDI - DƏHŞƏT
    • 25-07-2024, 10:52
    • 313

Keçmiş həyat yoldaşı və uşaqlarının yaşadığı evi YANDIRDI - DƏHŞƏT

Ötən gün İstanbulun Beykoz səmtinin Fatih məhəlləsində dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, həyat yoldaşı P.G. ilə boşanan və narkotik aludəçisi olan şəxs, P.G.-nin ondan ayrılmasına əsəbiləşərək həyat yoldaşı və uşaqlarının yaşadığı evi benzinlə yandırıb. 

Sonra həmin şəxs hadisə yerindən qaçıb. Ətrafdakı vətəndaşlar xilasetmə qruplarına xəbər verib. Xəbər verildikdən sonra hadisə yerinə xilasedicilər, polis və sağlamlıq qrupları sövq edilib. Yanğın, yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb. 

Evdə olan şübhəlinin qardaşı tüstüdən təsirlənərkən, qadının və uşaqlarının evdə olmaması fəlakətin qarşısını alıb. 

Polis qrupları evi yandıran və hadisə yerindən qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb.

Evi yandıran şəxsin həyat yoldaşı P.G. "Ərim narkomandır, çox şikayətim var. Qardaşı da, atası da şikayətçidir. Evə gəlirəm, adam arxamca gəlir", - deyə qeyd edib. 

Məryəm İlhamqızı