Peskov Putinin Türkiyəyə səfərinə hazırlıq barədə danışdı
    • 25-07-2024, 11:05
    • 121

Peskov Putinin Türkiyəyə səfərinə hazırlıq barədə danışdı

"Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq fəal şəkildə davam edir. Tarix hələ müəyyən edilməyib". 

News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Xatırladaq ki, iyulun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Putinlə görüşdə onu “çox yaxın gələcəkdə” səfərə dəvət edib. Buna cavab olaraq Rusiya Federasiyasının rəhbəri Ərdoğanın dəvətini qəbul etdiyini və yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini bildirib.

Peskov bəyan edib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə həll olunmamış problemlər qalmaqdadır, lakin hər iki ölkə rəhbərliyinin onları həll etmək üçün siyasi iradəsi var.

Bundan əlavə, iyulun 22-də Türkiyənin hökumətyönlü “Daily Sabah” qəzeti avqustda Moskvada Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında görüş keçirilə biləcəyini qeyd edib. Nəşrin mənbələrinə görə, Putin bu danışıqlarda vasitəçi kimi çıxış edə bilər.

Məryəm İlhamqızı