"Fənərbaxça" En Nesyri ilə müqavilə imzaladı - İDDİA
    • Dünən, 14:22
    • 172

"Fənərbaxça" En Nesyri ilə müqavilə imzaladı - İDDİA

"Fənərbaxça" baş məşqçi Joze Mourinyonun hesabatı istiqamətində daha bir transferini açıqlamağa hazırlaşır.

News24.az Milliyet-ə istinadən xəbər verir ki, sarı-göylülərin uzun səylərdən sonra mərakeşli hücumçunu heyətinə qatmağı bacardığı iddia edilib.

"Fənərbağça"nın En Nesyri ilə 4 illik müqavilə imzaladığı və hücumçunun bu həftə İstanbula gələcəyi, sağlamlıq müayinəsindən keçərək rəsmi müqavilə imzalayacağı bildirilib.

Qeyd olunub ki, portuqaliyalı məşqçinin En Nesyridə israrlı olmasının əsas səbəbi onun arxadan oyunu qurmaq, çoxlu ötürmələr vermək və rəqib meydançaya çıxmaq istəyi olub.

Nesirinin bu sistemdə əsas rol oynayacağı gözlənilir, çünki o, mərkəz hücumçusu kimi xüsusiyyətlərə malikdir.

Bildirək ki, ötən mövsüm "Sevilya" ilə 41 rəsmi oyuna çıxan En Nesyri bu matçlarda 20 qol vurub və 2 məhsuldar ötürmə edib.

Günel Məlikzadə