Domaqoj Vida Superliqaya qayıtmağa hazırlaşır
    • 25-07-2024, 14:55
    • 225

Domaqoj Vida Superliqaya qayıtmağa hazırlaşır

Bir müddət "Beşiktaş"da çıxış edən Domaqoj Vida yenidən Super Liqaya qayıtmağa hazırlaşır.

News24.az xəbər verir ki,  Superliqa təmsilçisi "Çaykur Rizəspor"un Domaqoj Vida ilə müqavilə imzalamaq üzrə olduğu iddia edilib.

Xorvatiyalı müdafiəçi üçün mavi-yaşıllar arasında danışıqların müsbət davam etdiyi və kiçik problemlərin qaldığı qeyd edilib.

Qeyd edək ki, Vidanın Yunanıstan təmsilçisi ilə 1+1 illik müqaviləsi olduğu da məlumdur.

“Beşiktaş”ın heyətində ümumilikdə 165 matça çıxan Domaqoj Vida “ağ-qaralar”la 1 Super Liqa, 1 Türkiyə Kuboku və 1 Türkiyə Superkubokunun qalibi olub.

Günel Məlikzadə