Çin ABŞ-ı "yalan imperiyası" adlandırdı
    • 25-07-2024, 15:13
    • 136

Çin ABŞ-ı "yalan imperiyası" adlandırdı

"ABŞ öz şəxsi maraqları üçün dezinformasiyadan istifadə etdiyinə görə "yalanlar imperiyası"na çevrilib". 

News24.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq deyib.

“Vaşinqton öz eqoist maraqları naminə istənilən yalanı ortaya qoyur. Birləşmiş Ştatlar çoxdan əsl "yalanlar imperiyası"na çevrilib”, - deyə nümayəndə bildirib.

Zhang Xiaogang əlavə edib ki, Vaşinqton təkcə hərbi yox, müxtəlif sahələrdə də aldadıcı hərəkətlər edir. Onun sözlərinə görə, “yalanlar əslində onların sümük iliyinə nüfuz edib” və bu, Amerikanın xarici siyasətinə təsir edir.

Zhang Xiaogang ABŞ tərəfini səhvlərini dərhal düzəltməyə və dezinformasiya yaymağı dayandırmağa çağırıb.

Məryəm İlhamqızı