Çin Qərbi Ukraynaya yardımı dayandırmağa çağırır
    • 14-02-2024, 13:00
    • 164

Çin Qərbi Ukraynaya yardımı dayandırmağa çağırır

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun Qərb ölkələrini Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb.

News24.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

“Bəzi ölkələr beynəlxalq ictimaiyyətin diplomatik səylərinə xələl gətirməkdən əl çəkməlidir... Bir ölkənin təhlükəsizliyini digər ölkələrin təhlükəsizliyi hesabına əldə etmək olmaz, regional təhlükəsizliyi gücləndirməklə təmin etmək olmaz”, - deyə nümayəndə vurğulayıb.

Onun  fikrincə, bu tədbirlər dünya birliyinin münaqişənin həlli istiqamətində diplomatik səylərinə zərbə vurur.

Mehriban Mirzəzadə