-
- 25-07-2024, 15:37
- 290
"Noongah" gəmisi 55 ildən sonra üzə çıxdı
25 avqust 1969-cu ildə Avstraliyada baş verən hadisədə lövbər daşıyan 71 metr uzunluğundakı Noongah gəmisi sahildən təhlükə siqnalı göndərdikdən 1 dəqiqə sonra tutduğu fırtına nəticəsində batıb. Gəmi batdıqdan saatlar sonra gəmidəki 26 ekipaj üzvündən 5-i dənizdən çıxarılıb, itkin düşən dənizçilərdən yalnız birinin cəsədi tapılıb. Ölkə tarixinin ən böyük qəzalarından biri kimi qeydə alınan hadisədən sonra gəmini tapmaq mümkün olmayıb.
News24.az xəbər verir ki, qəza baş verən gündən taleyi məlum olmayan gəminin qalıqları ilk dəfə ötən il yerli sakinlər tərəfindən aşkar edilib. Səlahiyyətlilər Sidneydən 460 km şimalda, South West Rocks yaxınlığında dərin sularda dağıntı aşkarlayıb və koordinatları səlahiyyətlilərə bildiriblər.
Qalıqların Noongah gəmisinə aid ola biləcəyi ilə bağlı uzun müddətdir mövcud olan şübhələri aradan qaldırmaq üçün hərəkətə keçən səlahiyyətlilər, kifayət qədər texnologiya və dalış məlumatı olmadığı üçün qalıqların gəmiyə aid olduğunu təsdiq edə bilməyib. Bununla belə, keçən ay Birlik Elmi və Sənaye Tədqiqat Təşkilatına (CSIRO) məxsus yüksək texnologiyalı gəmi dərin araşdırma üçün bölgəyə göndərilib. CSIRO-nun bu gün verdiyi açıqlamada gəminin yerinin müəyyən edildiyi qeyd edilib. Bildirilib ki, gəminin yeri dəniz dibinin yüksək rezolyusiyaya malik xəritələşdirilməsi və video görüntülərdən istifadə etməklə təsdiqlənib.
Qeyd edək ki, CSIRO-nun bəyanatında gəminin qalıqlarının səthdən 170 metr aşağıda böyük ölçüdə bütöv və dik vəziyyətdə tapıldığı bildirilib. Bundan əlavə, gəminin niyə batdığını öyrənmək üçün bölgədən daha çox görüntünün çəkilməsi üçün səylər davam edir. CSIRO-dan Mett Kimber dedi: “Bu faciə yaddaşlarda qaldı. Gəmi haqqında bilinməyənləri bilmək hamımıza rahatlıq verəcək”.
Eyni zamanda, Avstraliya Hərbi Dəniz Qüvvələrinə aid esmineslər, minaaxtaran gəmilər, təyyarələr, vertolyotlar və bir çox gəmi ilə geniş miqyaslı axtarış işlərinə başlanılıb. Gəmi batdıqdan sonra 12 saat ərzində dənizdə iki ayrı xilasedici salda 2 nəfər, taxta parçasından yapışmış 3 nəfər tapılıb.
Günel Məlikzadə