Yük gəmisi Süveyş kanalında saya oturdu
    • 25-05-2023, 09:00
    • 153

Yük gəmisi Süveyş kanalında saya oturdu

“Xin Hai Tong” quru yük gəmisi Süveyş kanalında saya oturub.

News24.az xəbər verir ki, bu barədə "Leth Shipping" gəmiçilik şirkətinin mətbuat xidməti "Twitter"-də məlumat yayıb.

Hadisə səhər saatlarında Süveyş şəhəri yaxınlığındakı baş verib. 

“The Jerusalem Post” hazırda 189 metr uzunluğundakı gəmini suya salmağa çalışdığını yazıb. 

Hadisə ilə əlaqədar artıq dörd gəminin hərəkətində maneə yaranıb. 

"Marine Traffic" izləmə xidmətinin məlumatına görə, gəmi hazırda Qırmızı dənizdən Süveyş kanalına girişin yaxınlığında yerləşir.

Kanalın bu hissəsində hələlik böyük gəmi toplanması yoxdur.

“Xin Hai Tong” quru yük gəmisinin Honq-Konqda qeydiyyatdan keçdiyi məlum olub. /Ren TV/