Yay aylarında səhər duş alanlar: DİQQƏT
    • 25-07-2024, 21:45
    • 377

Yay aylarında səhər duş alanlar: DİQQƏT

Yay aylarında səhərlər duş qəbul edirsinizsə, diqqət etməli olduğunuz bəzi məqamlar var. 

News24.az xəbər verir ki, səhər duş qəbul etməyin gizli təhlükələri və diqqətli olmağı tələb edən şeylər bunlardır:

Yay aylarında çöldə isti havalar təsir etməyə başladığı üçün bir çox insan duş qəbul etmək vərdişlərini dəyişib. Səhər qəbul edilən duşlar uzun sürən və çox isti və ya çox soyuq olduqda dərimizə zərər verir.

Yay aylarında yuxudan oyanan kimi qəbul etdiyiniz uzun duşlar dərinin qıcıqlanmasına və nəm itkisinə səbəb ola bilər. Bunun əvəzinə mütəxəssislər bildirirlər ki, səhər duşları ilıq qəbul edilməlidir və 15 dəqiqədən çox olmamalıdır. Bundan əlavə, yay aylarında hər gün vanna qəbul etmək dərinin təbii nəm balansını pozur və dəridə quruluğa səbəb olur. Dəri xəstəliklərini dəvət edən bu vəziyyətdən qorunmaq lazımdır.

Məryəm İlhamqızı