Olimpiadaya getmək üçün barmağını amputasiya etdirdi
    • 25-07-2024, 18:55
    • 477

Olimpiadaya getmək üçün barmağını amputasiya etdirdi

Avstraliyalı idmançı Metyu Douson Olimpiadada iştirak etmək üçün barmağının bir hissəsini amputasiya edib.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bunu “The New York Times” yazıb.

Qeyd olunub ki,otüstü xokkeyçi Douson iyulun 11-də məşq zamanı zədələnib. Başqa bir avstraliyalı oyunçu təsadüfən onu dəyənəklə vuraraq, Dousonun barmağının yuxarı hissəsini ciddi şəkildə zədələyib.

Elə həmin səhər idmançı plastik cərrahla məsləhətləşib, o, idmançını müayinə etdikdən sonra iki variant təklif edib: barmağın yuxarı falanksını amputasiya etmək və 10 gündən sonra idmana qayıtmaq və ya barmağına tel taxmaq, lakin bu vəziyyətdə reabilitasiya prosesi aylar sürəcək və tam sağalma zəmanəti yoxdur.

Douson təkcə tibbi səbəbləri deyil, həm də 30 yaşlı idmançı üçün karyerasının sonuncusu ola biləcək Olimpiadanın yaxınlığını əsas gətirərək barmağının bir hissəsini amputasiya etmək qərarına gəlib.

Artıq Parisə gələn Dousonun sözlərinə görə, amputasiyadan sonra sağalma prosesi yaxşı gedir. Onun son tikişləri bu gün götürülməlidir.