Tramp yoxsa Bayden?
    • 5-04-2024, 21:15
    • 299

Tramp yoxsa Bayden?

ABŞ-da kritik seçkilərə aylar qalıb. 

News24.az xəbər verir ki, ABŞ-ın ən nüfuzlu qəzetlərindən olan Wall Street Journal-ın dərc etdiyi sorğu seçki öncəsi yenidən gündəmə gəlib. 

2024-cü ilin noyabr seçkilərinə aylar qaldığı halda qəzet ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Trampı 6 əsas ştatda lider kimi göstərib. Bu ştatlar 2020-ci il seçkilərində prezidentliyi Baydenə gətirmişdi. 

Sorğunun nəticələrinə görə, Tramp bu ştatları 2-8 xalla qazanır. 6 ştat arasında yer alan Viskonsin bu mühüm ştatlar arasında 7-ci yerdədir. Burada yarışın rəqabətli olacağı düşünülür. Sorğunun nəticələrinə görə, Bayden bu ştatda 3 xal öndə olacaq.

Prezident Co Baydenin mümkün məğlubiyyətinin səbəbi ABŞ iqtisadiyyatının gedişatıdır. Bayden hökuməti artım rəqəmlərinin artdığını elan etsə də, seçicilər buna inanmır və inflyasiyanın artmasından şikayətlənirlər.

Sorğuda iştirak edənlər Trampı 48 faizlə fiziki və əqli cəhətdən daha bacarıqlı hesab edirlər.

Günel Məlikzadə