Məşhur cütlük boşanır? Eda Ecedən cavab gəldi
    • Bu gün, 11:53
    • 97

Məşhur cütlük boşanır? Eda Ecedən cavab gəldi

İyunun 21-də uzun illərdir birlikdə olduğu basketbolçu Buğrahan Tuncerlə nikah bağlayan Eda Ece toydan aylar sonra körpə gözlədiyini açıqlayıb.

News24.az xəbər verir ki, Eda Ece 4 aprel 2024-cü ildə qızı Mina İpeki qarşılayıb.

Hazırda ekranlardan uzaq olan və körpəsi Mina İpekə baxan Eda Ece ilə bağlı yeni iddia gündəmə gəlib. Beləki, məşhur cütlüyün sosial şəbəkədə bir-birini izləmədiyi və ayrılmaq qərarına gəldiyi iddia edilib.

Məşhur aktrisa məsələ ilə bağlı susqunluğunu jurnalist Bilal Özcana pozub.

Eda Ece, "Buğranın instaqramı bağlamağından bir ay keçib. Bunun boşanma ilə nə əlaqəsi var? 3 aylıq körpəmiz var. Onların etdikləri ayıb və günahdır. Xoşbəxt və rahatıq. Bunu iddia edənləri Allaha tapşırıram”.

Günel Məlikzadə