-
- 26-07-2024, 21:15
- 231
Şimali Koreya hakerləri NASA-ya hücum ediblər: Nüvə sirləri...
Şimali Koreyadan olan hakerlər NASA və ABŞ Hərbi Hava Qüvvələri bazalarına hücum ediblər.
News24.az Modern.az-a istinadla xəbər verir ki, ABŞ, Britaniya və Cənubi Koreyanın kəşfiyyat agentlikləri birgə məlumat yayıblar.
KXDR hakerləri Pxenyanın nüvə silahı proqramını dəstəkləmək üçün məxfi hərbi məlumatları oğurlamaq məqsədilə ABŞ-ın nüvə sirlərini öyrənməkdən ötrü qlobal kibercasusluq kampaniyasına başlayıblar.
Kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən "Anadriel" və ya APT45 kimi istinad edilən hakerlər qrupunun Şimali Koreyanın ABŞ-ın 2015-ci ildə sanksiyalar tətbiq etdiyi Ümumi Kəşfiyyat Bürosu kimi tanınan kəşfiyyat agentliyinin bir hissəsi olduğu güman edilir.
Şimali Koreyanın kiber bölməsi tanklar, sualtı qayıqlar, gəmilər, döyüş təyyarələri, raket və radar sistemləri istehsalçıları da daxil olmaqla geniş spektrli müdafiə və mühəndislik şirkətlərinin kompüter sistemlərinə hücum edib. FTB və ABŞ Ədliyyə Departamentinin bildirdiyinə görə, hücumlarda hədəflər arasında NASA, Texasdakı Randolf Hərbi Hava Qüvvələri və Corciyadakı Robins Hərbi Hava Qüvvələri bazası olub.