-
- 27-07-2024, 11:13
- 420
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
Türkiyədə fahişəliyə qarşı əməliyyat keçirilib.
"News24" lent.az-a istinadla bildirir ki, “Taksi-1” adlı əməliyyat Kars şəhərinin Arpaçay qəsəbəsində baş tutub. Polisin 2 ay izləməsindən sonra əcnəbi qadınların zorla fahişəliyə cəlb olunduqları kaznioya taksi ilə basqın edilib.
Nəticədə 1-i iranlı, 5-i azərbaycanlı qadın ələ keçirilib. Həmçinin kazinoda “insan alveri”ndə şübhəli bilinən 1-i qadın olmaqla 6 nəfər saxlanılıb.
Əməliyyatlar zamanı obyektdən maddi sübutlar da tapılaraq, götürülüb. İnsan alverində şübhəli bilinənlər məhkəməyə, ələ keçirilən əcnəbi qadınlar isə ölkədən çıxarılması üçün aidiyyatı şöbəyə təhvil verilib.