“Real Madrid” Mbappe transferini açıqladı
    • 4-06-2024, 08:47
    • 184

“Real Madrid” Mbappe transferini açıqladı


“Real Madrid” rəsmi saytında fransalı hücumçu Kilian Mbappe ilə müqavilə imzaladığını açıqlayıb.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, müqavilənin müddəti 2029-cu ilə qədərdir.

Xatırladaq ki, 25 yaşlı hücumçu 2018-ci ilin yayında “Monako”dan PSJ-yə keçmişdi. Bu müddət ərzində o, bütün turnirlərdə 306 matçda iştirak edib, 255 qol vurub, 108 məhsuldar ötürmə edib.