İsrail Livandan atəşə tutuldu
    • 14-04-2024, 00:20
    • 118

İsrail Livandan atəşə tutuldu


İsrail ordusu Livan ərazisindən atılan 3 raketin Hanitha bölgəsində aşkar edildiyini bildirib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə IDF teleqram kanalında məlumat verilib.

“Livan ərazisindən İsrailə doğru keçən üç raket aşkarlanıb, onlar açıq ərazilərə düşüb. Bundan əlavə, bu yaxınlarda Livandan İsrailə tərəf partlayıcı ilə iki pilotsuz uçuş aparatı keçib”, - məlumatda deyilir.

Dronların partladıldığı dəqiqləşdirilir. İsrail ordusu Livanın cənubu ərazisinə cavab zərbəsi endirib.