Zelenskinin "Sülh fəaliyyət planı"
    • 29-07-2024, 10:07
    • 223

Zelenskinin "Sülh fəaliyyət planı"

Ukrayna prezidenti Vladimir Zelenski Yaponiyanın ictimai yayımı NHK televiziyasına müsahibəsində ölkəsində davam edən müharibə ilə bağlı hadisələri dəyərləndirib.

News24.az xəbər verir ki, Zelenski müharibənin ədalətli sona çatması üçün Ukraynaya dəstəyin, Rusiyaya təzyiqin davam etməli olduğunu vurğulayıb və deyib:

"Səbr, dəstək (Ukraynaya) və diplomatik təzyiq (Rusiya) müharibənin ədalətli başa çatması üçün üç amildir. ABŞ və Avropa ölkələri birliyi qoruyub saxlasa, bu, əlavə təzyiq yaradacaq və Moskvaya göstərəcək ki, heç bir şansları yoxdur".

Müharibənin danışıqlar yolu ilə bitməsi məsələsinə toxunan Zelenski, Rusiyanın Ukrayna ərazisinə hücumlarını davam etdirəcəyi təqdirdə atəşkəs çağırışlarına cavab verə bilməyəcəklərini bildirib.

Qeyd edək ki, Zelenski Ukraynanın ərazi bütövlüyü ilə bağlı müxtəlif ölkələrlə ətraflı danışıqlara başlayacağını bildirib və noyabrın sonuna kimi sülh üçün fəaliyyət planı hazırlayacağını vurğulayıb.


Günel Məlikzadə