Atasının traktoru ilə qəza törətdi, tanışı öldü
    • Bu gün, 10:09
    • 54

Atasının traktoru ilə qəza törətdi, tanışı öldü

Cəlilabadda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Uzuntəpə kənd sakini, sürücülük hüququ olmayan Məhəmməd Həsənov atasına məxsus traktoru irəli hərəkət etdirən zaman texnikaya qoşulmuş otbağlayan qurğunun metal hissəsi tanışı Cavid Vahabova dəyib. Baş nahiyəsindən ağır xəsarət alan C.Vahabov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.