Mikroavtobus azyaşlı məktəblini vurdu
    • 20-05-2024, 21:21
    • 200

Mikroavtobus azyaşlı məktəblini vurdu

Cəlilabadda mikroavtobus azyaşlını vurub.

News24.az APA-ya istinadən bildirir ki, hadisə rayonunun Uzuntəpə kəndi ərazisində məktəbin qarşısında baş verib.

Marşrut xətti üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobusun sürücüsü kənd məktəbinin qarşısında 2016-cı il təvəllüdlü S.R.-i vurub. Qəza nəticəsində ağır xəsarət alan azyaşlı, rayon xəstəxanasına aparılıb. Baş nahiyəsindən zərbə alan S.R.-in vəziyyətini həkimlər orta-ağır qiymətləndiriblər.

Fakt üzrə araşdırma aparılır.