Üç yaşlı uşaq  benzindən ZƏHƏRLƏNDİ
    • Bu gün, 17:04
    • 71

Üç yaşlı uşaq benzindən ZƏHƏRLƏNDİ

Sankt-Peterburqda üç yaşlı Kolpino sakini zəhərlənmə əlaməti ilə təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə aparılıb. 

News24.az xəbər verir ki. bu barədə Sankt-Peterburq patrul xidməti məlumat yayıb.

KİV-in məlumatına görə, hadisə ötən gün Balkan yolu küçəsində yerləşən evdə baş verib. Uşaq şüşədən bir qurtum benzin içib. 

Bundan sonra yaxınları təcili yardıma müraciət ediblər. Zərərçəkən xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndiriblər.


Məryəm İlhamqızı