Bıçaqlı hücum: 3 uşaq öldü
    • Bu gün, 15:44
    • 58

Bıçaqlı hücum: 3 uşaq öldü

İngiltərənin Sautport şəhərindəki Hart küçəsində bıçaqlı hücum olub, nəticədə 3 uşaq ölüb, 9 nəfər yaralanıb.

News24.az xəbər verir ki, əraziyə təcili yardım qruplarının göndərildiyi qeyd edilib.

Təcavüzkarın nəzarətə alındığını açıqlayan İngiltərə polisi hadisədə istifadə edilən bıçağın da ələ keçirildiyini açıqlayıb. Yaralılar helikopterlərlə ətraf xəstəxanalara aparılıb.

Hücum zamanı ərazidə rəqs məktəbi olduğu və 6-11 yaş arası uşaqların dərsdə olduğu bildirilib. Hücum zamanı sinifdə 25 şagirdin olduğu deyilib.

Hücumun səbəbi açıqlanmasa da, hadisənin terrorla əlaqəsi olmadığı bildirilib. Yaralılardan neçəsinin uşaq olduğu hələlik açıqlanmayıb.


Günel Məlikzadə