Sərinləmək üçün girdiyi quyu SONU OLDU
    • 30-07-2024, 17:36
    • 235

Sərinləmək üçün girdiyi quyu SONU OLDU

Türkiyədə Muğlanın Yatağan rayonunda 18 yaşlı gənc sərinləmək üçün girdiyi su quyusunda boğularaq ölüb.

News24.az xəbər verir ki, hadisə bu gün saat 14.00 radələrində Çazkırlar Məhəlləsi Kocagedik Mevkii ərazisində baş verib. 

Əldə edilən məlumata görə, 18 yaşlı Mikayıl Kafa sərinləmək üçün evinin qarşısındakı su quyusuna girib. 

Bir az keçdikdən sonra yaxınları onun hərəkətsiz vəziyyətdə qaldığını görüb və Təcilli Tibbi Yardım çağırıb.

 Xəbər üzərinə Muğla Böyükşəhər Bələdiyyəsinin xilasetmə, sağlamlıq və polis qrupları bölgəyə gəlib. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları Mikayıl Kafanı nərdivan vasitəsilə olduğu yerdən çıxarıblar. Sağlamlıq qruplarının müdaxiləsi zamanı isə Kafanın öldüyü müəyyən edilib. 


Məryəm İlhamqızı