13 yaşlı İbrahim kanalda boğuldu
    • 1-07-2024, 23:20
    • 565

13 yaşlı İbrahim kanalda boğuldu

Şanlıurfada sərinləmək suvarma kanalına girən İbrahim Alpakı (13) axın aparıb və gözdən itib. 

News24.az xəbər verir ki, Alpakın itdiyini görənlər vəziyyəti jandarma və sağlamlıq qruplarına xəbər verib.

Xəbər üzərinə hadisə yerinə jandarma, sağlamlıq və dalğıc polisi sövq edilib. Komandanın işi nəticəsində Alpakın cansız bədəni suya girdiyi yerdən təxminən 40 kilometr aralıda tapılıb. Alpakın meyiti məhkəmə tibb müəssisəsinin morquna aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə