4-cü mərtəbədə təhlükəli oyun
    • 2-05-2024, 13:54
    • 368

4-cü mərtəbədə təhlükəli oyun

Sivasda evinin eyvanında oynayan uşaq külək səbəbindən bağlanan pəncərə ilə eyvan barmaqlığı arasında qalıb. 

News24.az xəbər verir ki, 4-cü mərtəbədə pəncərə ilə eyvan barmaqlığı arasında qalan uşağı yanğınsöndürənlər xilas edib.

4-cü mərtəbədə sıxılmış vəziyyətdə qalan uşaq yıxılmamaq üçün bir müddət hərəkətsiz qalıb.

Uşağın sıxışıb qaldığını görən vətəndaşlar vəziyyəti xilasetmə və sağlamlıq qruplarına xəbər verib.

Hadisə yerinə gələn yanğınsöndürənlər nərdivan vasitəsilə uşağı olduğu yerdən çıxarıblar.

Günel Məlikzadə