Tayvandan Çin MESAJI
    • Bu gün, 18:09
    • 43

Tayvandan Çin MESAJI

Tayvan lideri Lay Çinq-ti dünən paytaxt Taypeydə başlayan Parlamentlərarası İttifaq (IPAC) konfransında Çinlə "mübarizə yerinə dialoqa üstünlük verməyə hazırıq", - mesajını verib.

Sabah davam etdirilməsi planlaşdırılan konfransda 35 ölkədən siyasətçilər iştirak edir.

IPAC çərçivəsində keçirilən toplantıda çıxış edən Lay konfransın “digər ölkələrin Tayvana verdiyi dəstəyi və dəyəri” göstərdiyini bildirib.

Konfransın demokratik ölkələrə müsbət mesaj verdiyini ifadə edən Lay, Çinlə əlaqələrlə bağlı "Qarşılıqlılıq və ləyaqət prinsipləri çərçivəsində mübarizə aparmaq əvəzinə dialoqa üstünlük verməyə hazırıq", - deyə qeyd edib.

Çin ilə əlaqənin Tayvan boğazında mübahisələri azaltmaq, sülh və sabitliyi təmin etmək üçün davam edəcəyini vurğulayan Lay, ölkələri Tayvanda bir araya gəlməyə dəvət edib.

Buna cavab olaraq isə Çin Xarici İşlər Nazirliyi tərəfindən edilən yazılı açıqlamada IPAC-ın "etibarlı olmadığı" deyilib.


Məryəm İlhamqızı