130 nəfər ilanbalığından ZƏHƏRLƏNDİ - ÖLƏN VAR
    • Bu gün, 20:23
    • 50

130 nəfər ilanbalığından ZƏHƏRLƏNDİ - ÖLƏN VAR

Yaponiyada məşhur yay yeməklərindən biri olan ilanbalığı ölümə səbəb olub.

News24.az Medianews.az-a istinadən xəbər verir ki, Tokioda yerləşən ilanbalığı restoran şəbəkəsinin Yokohama şöbəsində ilanbalığı yeyən 130 nəfər ishal və qusma kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib.

90 yaşlarında bir qadının dünyasını dəyişdiyi, ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanıldığı bildirilib.

Qeyd olunub ki, zəhərlənən xəstələrdə aparılan analizlərdə qusma və ishal yarada bilən “stafilokok aureus” bakteriyaları aşkar edilib.

Qida zəhərlənməsinə səbəb olan restoranın meneceri Soiçiro Tomita verdiyi açıqlamada “Satdığımız məhsulların vurduğu ziyana görə ictimaiyyətdən üzr istəyirik”, – deyib.

Can itkisindən təəssüfləndiklərini vurğulayan Tomita, qida təhlükəsizliyi tədbirlərini gücləndirərək hadisənin təkrarlanmasının qarşısını alacaqlarını söyləyib.