Günəş ləkələrindən necə xilas olmaq olar? – ARAŞDIRMA
    • Bu gün, 19:48
    • 50

Günəş ləkələrindən necə xilas olmaq olar? – ARAŞDIRMA

Günəşin zərərli ultrabənövşəyi şüalarına uzun müddət məruz qalmaq dəridə ləkələrə səbəb ola bilər. Bu ləkələrdən xilas olmaq üçün bir neçə üsul var.

Günəş ləkələri dəridə olan melanin piqmentinin həddən artıq ifraz edilməsi nəticəsində yaranır. Bu ləkələr sağlamlıq problemi yaratmır və müalicə tələb etmir. Ancaq xoş olmayan görüntü yaradır.

Günəş ləkələrindən xilas olmağın üsullarını təqdim edirik:

Günəş kremləri günəş ləkələrinin azalmasında effektivdir. Bu baxımdan, bir neçə ay, gündə iki dəfə günəş kremindən istifadə etmək məsləhət görülür.

Azelaik turşusu – dəridə melani istehsalını nəzarətdə saxlamağa kömək edir.

Qlikolik turşusu – dərinin üst qatını kimyəvi yolla aşındıraraq nəş ləkələrini azaldır. Dəri tonunu parlaqlaşdırmağa kömək edən təsirə malikdir.

Retinoidlər – dəridə hüceyrələrin yenilənməsini dəstəkləyir və dərini ölü hüceyrələrdən təmizləyir.

Lazer mülaicəsi ilə də günəş ləkələrini aradan qaldırmaq mümkündür.//sfera.az