Məşhur aparıcı uşaqlara qarşı cinsi zorakılıqda İTTİHAM OLUNUR – VİDEO
    • 31-07-2024, 13:20
    • 339

Məşhur aparıcı uşaqlara qarşı cinsi zorakılıqda İTTİHAM OLUNUR – VİDEO

İngiltərə kraliçası Elizabetin ölüm xəbərini açıqlayan BBC-nin təcrübəli aparıcısı Huv Edvards, uşaqlara uyğun olmayan görüntülərə görə pul ödəmək ittihamı ilə hakim qarşısına çıxacaq.

News24.az Medianews.az-a istinadən xəbər verir ki, keçən il 17 yaşlı bir gəncə seksual xarakterli şəkillərə görə 35 min funt sterlinqdən çox pul ödədiyi üzə çıxan Edvardsa qarşı ittiham aktı hazırlanıb.

İttihama görə, Edvards 2020-ci ilin dekabrından 2022-ci ilin aprelinə qədər törədildiyi iddia edilən üç fərqli “uşaqlara qarşı cinsi zorakılıq”da ittiham olunub.

“WatsApp” vasitəsilə aldığı müxtəlif cinayət kateqoriyalarına aid cəmi 37 fotoşəklin pulunu ödədiyi deyilən Edvards bu günWestminster Magistrates Məhkəməsində hakim qarşısına çıxacaq.

Edvardsın günahı sübuta yetirilərsə, 6 ay həbs və pul cəzasına məhkum edilə bilər.