91 uşağa qarşı 1623 cinsi zorakılıqda ittiham olundu
    • 1-08-2023, 17:28
    • 119

91 uşağa qarşı 1623 cinsi zorakılıqda ittiham olundu

Avstarliyada uşaq baxım evində işləyən kişi ümumilikdə 91 uşağa qarşı 1623 cinsi istismar ittihamı ilə saxlanılıb.

News24.az xəbər verir ki, Avstraliya Federal Polisi uşaq baxım evində işləyən 45 yaşlı kişinin 2022-ci ildə saxlanıldığını açıqlayıb.

Polis şübhəli şəxsə qarşı 1623 sui-istifadə, o cümlədən 10 yaşından kiçik 91 uşağa qarşı 136 cinsi zorakılıq ittihamı irəli sürdüklərini bildirib.

Törətdiyi bütün cinsi zorakılıqları kamerasına və smartfonuna qeyd edən şübhəlinin avqustun 21-də hakim qarşısına çıxacağı öyrənilib.

Bu vaxt qeyd edilən 87 avstraliyalı uşağın şəxsiyyətinin müəyyən edildiyi bildirilib.

Təcavüzkarın qaranlıq və ya dərin internet olaraq da bilinən "dark web" də qeydə alınan rəqəmsal görüntüləri paylaşdığını ifadə edən polis, hadisənin indiyədək gördükləri ən dəhşətli uşaq istismarı hadisəsi olduğunu vurğulayıb.

Aydan