Elektromobillərin bloklanması hakerlərin işinə yarayıb
    • 1-08-2024, 20:44
    • 176

Elektromobillərin bloklanması hakerlərin işinə yarayıb

Bir neçə gün əvvəl qeyri-rəsmi şəkildə ixrac edilmiş elektromobillərin bloklayacağını bildirən Zeekr şirkəti məsələ ilə bağlı təkrar məlumat yayıb. 

News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, şirkətə son 3 günə ən çox ünvanlanan sual istifadəyə yaramayan elektromobillərə görə kimin cavabdeh olmasıdır. 

Çinli istehsalçının məsələyə münasibəti konkretdir: maşın Çinə geri qaytarılmalıdır. Bu və digər problemlərin həllini elektromobil sahibi onu aldığı vasitəçidən tələb etməlidir. Çin ərazisinə qaytarılan zaman texnika normal işləyəcək. 

Problem ən çox rusları narahat edir. Bu ölkədə şirkətin rəsmi dileri olmasa da, on minədək Zeekr istismar edilir. Buna görə də, maşın alverçiləri və sahibləri hakerlərin xidmətindən yararlanmaq istəyirlər. Artıq dünəndən etibarən hakerlərə müraciət edənlərin sayı artıb. Amma onların işin öhdəsindən necə gələcəklərini indidən söyləmək mümkün deyil.

Şirkətin daha bir pres-relizində qeyd edilir ki, ölkədən asılı olmayaraq rəsmi dilerdən alınan maşınlarla bağlı heç bir məhdudiyyət olmayacaq.