"Linkoln" - "Qarabağ" matçının vaxtı dəqiqləşdi
    • 17-07-2024, 08:22
    • 276

"Linkoln" - "Qarabağ" matçının vaxtı dəqiqləşdi


Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Qarabağ"ın ilk oyununun vaxtı dəqiqləşib.

News24.az publika.az-a istinadla xəbər verir ki, Azərbaycan çempionu iyulun 23-də "Linkoln"un qonağı olacaq.

Cəbəllütariqin "Europe Point" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, cavab matçı iyulun 30-da paytaxtımızda olacaq.