-
- 31-05-2019, 16:08
- 1 599
Bakıda pula görə GÜLLƏLƏNMƏ – Başına atəş açdı
Bakıda qətl törətməyə cəhd göstəridiyi üçün məhkum edilmiş şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1-ci, yəni qəsdən adam öldürməhə cəhd maddəsi ilə məhkum edilmiş Rəhimov Ramid Əzizağa oğlu Ali Məhkəməyə müraciətində işə yeindən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə 2017-ci ildə Sabunçu rayonu Bilgəh qəsəbəsində baş verib. Qəsəbə sakini 35 yaşlı Ramid Rəhimov Gecə Tərlan Dadaşova odlu silahdan atəş açaraq yaralayıb. Boynundan güllə yarası alan Tərlan Dadaşov dərhal xəstəxanaya gətrilib və əməliyyat olunub.
Məlumata görə, Ramid Rəhimovun güllələdiyi 41 yaşlı Tərlan Dadaşov onun qohumudur. Tərlan bir müddət əvvəl Ramiddən 3 min manat borc pul alıb. Lakin vəd etdiyi vaxtda geri qaytarmayıb. Maddi vəziyyəti pisləşən Ramid Rəhimov isə pulu növbəti dəfə geri almağa çalışıb və bu zaman dava ediblər. Sonra isə Ramid Rəhimov kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəngi götürərək qohumunu öldürməyə gedib. Ramid Tərlanın baş nahiyəsinə atəş açsa da güllə onun boynuna dəyib. Nəticədə Ramid Rəhimov polis tərəfindən saxlanilib. Cinayətdə istifadə etdiyi silah da ondan aşkar edilərək götürülüb.