-
- 1-08-2024, 21:42
- 267
Dini zəminində terror çağırışları edən azərbaycanlıya cinayət işi açıldı
Rusiyanın Oryol vilayətində Azərbaycan vətəndaşına qarşı cinayət işinin istintaqı başa çatdırılıb. O, terrorçuluq fəaliyyəti ilə bağlı açıq çağırışlarda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi) ittiham olunur.
News24.az Lent.az-a istinadla bildirir ki, 2022-ci ilin dekabrından 2023-cü ilin iyun ayına qədər Oryolda gənc oğlan sosial şəbəkələrdən birinin qrup söhbətində, dini zəmində terror fəaliyyətinə dair çağırışlar edib.
O, günahını boynuna alıb. Əvvəllər məhkəmə onun barəsində ev dustaqlığı qərarı verib. Prokurorluq ittiham aktını təsdiqləyib, cinayət işi baxılması üçün 2-ci Qərb Rayon Hərbi Məhkəməsinə göndərilib. Onu ya 300 min rubldan (təxminən 5940 manat) bir milyona (təxminən 19 min 800 manat) qədər cərimə, ya da beş ildən yeddi ilədək həbs cəzası gözləyir.
Yeri gəlmişkən, Rusiya FTX-nin Oryol vilayəti üzrə İdarəsinin əməliyyat-istintaq fəaliyyətinin materialları əsasında xarici vətəndaşa qarşı iş açılıb.