Vergidən yayınan keçmiş deputata cinayət işi AÇILDI
    • 14-11-2023, 22:20
    • 241

Vergidən yayınan keçmiş deputata cinayət işi AÇILDI

Tümen vilayətində vergi orqanlarından 290 milyon rubldan (təxminən 5365 manat) çox pul gizlədən 69 yaşlı Tobolsk sakini olan keçmiş deputatla bağlı cinayət işi başa çatıb.

News24.az Lent.az-a istinadla bildirir ki, həmin şəxs Cinayət Məcəlləsinin 199-cu maddəsi (“Vergidən yayınma”) ilə ittiham olunur. Onun işi təsdiq edilmiş ittiham aktı ilə birlikdə mahiyyəti üzrə baxılması üçün Tobolsk Şəhər Məhkəməsinə göndərilib.

Məlumata görə, təqsirləndirilən şəxs “Antikor-M” şirkətinin direktoru olarkən 2017-ci ilin yanvarından 2020-ci ilin may ayına kimi mühasibat uçotu və vergi hesabatlarında qarşı tərəflərlə münasibətlərə dair uydurma məlumatları əks etdirib. Belə ki, o, büdcəyə 290 milyon rubldan artıq əlavə dəyər və mənfəət vergisi ödəməyib.