-
- 1-08-2024, 21:10
- 187
İsrail HƏMAS-ın hərbi komandirinin ölümünü təsdiqlədi
İsrail ordusu, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının lideri Məhəmməd Deyfin keçən ay İsrailin Qəzzada keçirdiyi hava hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.
News24.az xəbər verir ki, bu gün edilən açıqlamada, "IDF (İsrail Müdafiə Qüvvələri) 13 iyul 2024-cü ildə Xan Yunis bölgəsinə İsrail ordusunun döyüş təyyarələrinin zərbələr endirib və kəşfiyyat qiymətləndirməsindən sonra Məhəmməd Deifin hücumda məhv edildiyinin təsdiqlənə biləcəyini açıqlayıb".
İsrail Ordusu iyulun 13-də "təhlükəsiz" olduğunu iddia etdiyi Əl Mevasi bölgəsinə hücum həyata keçirib.
Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyi hücumda ən azı 71 nəfərin öldüyünü, 289 nəfərin yaralandığını açıqlayıb.
İsrail Ordusu Radiosundan verilən açıqlamada, Xan Yunus yaxınlığındakı hücumda hədəfin "çox əhəmiyyətli" olduğu vurğulanaraq, "Hədəf HƏMAS hərbi lideri Məhəmməd Deif idi" ifadəsi işlədilib.
Bildirək ki, Deyfin Xan Yunisin qərbindəki humanitar zonada gizləndiyi iddia edilib.
HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya 13 iyulda hücum zamanı verdiyi açıqlamada Deyfin hədəf alındığı iddiasını təkzib edərək İsrailin baş naziri Binyamin Netanyahuya müraciət edib.
Günel Məlikzadə