Fizika İnstitutunda çalışan əlillərin maaşlarına əlavələr ediləcək - FOTO
    • 19-06-2019, 13:42
    • 2 855

Fizika İnstitutunda çalışan əlillərin maaşlarına əlavələr ediləcək - FOTO

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda müdiriyyət və Həmkarlar Komitəsinin təşkilatçılığı kollektivin iclası keçirilib. 

AMEA Fizika İnstitutunun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iclasda məqsəd 07.05.2018-ci ildə bağlanmış kollektiv müqaviləyə əlavələr haqqında məlumatın verilməsi olub. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb.

O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən III qrup əlillərə 10-15, I və II qrup əlillərin əmək haqlarına isə 20-25 faiz əlavələr edilməsi haqqında məlumat verib. Bildirib ki, qərarın qəbul edilməsi üçün kollektivin müzakirəsinə təqdim olunur.

Daha sonra iclas Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırovanın çıxışı ilə davam edib. O, kollektiv müqaviləyə ediləcək əlavələr haqqında əməkdaşlara məlumat verib.

Tədbirin sonunda kollektiv müqaviləyə edilmiş əlavə və dəyişikliklər yekdilliklə qəbul olunub.

Təklif olunub ki, müdiriyyət I,II və III qrup əlillərin əmək haqlarının yuxarıda faizlərlər ödənilməsi üçün müvafiq təşkilatlar qarşsında vəsatət qaldırısın.