-
- 31-05-2019, 17:56
- 1 906
Elinanın rəfiqəsi Züleyxanın anası: "Qızım da Elina kimi intihar edə bilər"
«162 saylı məktəbdən zəng vurub deyblər ki, məktəbə, imtahana gəl. Rəfiqəsinin öldüyü yerdə qızım necə sakitcə, heç nə olmamış kimi gedə bilər?»
News24.az-a bu fikirləri 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın rəfiqəsi Züleyxanın anası Leyla Şirinova deyib.
Onun sözlərin görə, Züleyxa Elinanın intiharından sonra məktəbə getməyib: «Mən aprel ayından Təhsil Nazirliyinə qızımın 162 saylı məktəbdən başqa məktəbə keçirilməsi ilə bağlı müraciət etmişəm. Onlar mənə söz verdilər ki, Züleyxanın məktəbini dəyişəcəklər. Mənim qızım Azərbaycan vətəndaşıdır və bütün məktəb yaşlı uşaqar kimi təhsil almaq hüququna malikdir. O vaxtdan Təhsil Nazirliyinə hər gün zəng eləmişəm. Hər dəfə də “gözləyin” deyiblər. Biz də gözləmişik. İndi isə 162 saylı məktəbdən evə zəng edib, deyirlər ki, birinci gün qızınız imtahana gəlməlidir. Məgər onlar bilmirlər ki, qızım neçə vaxtdır o məktəbə getmir? Anlamırlarmı ki, uşağım yaşadığı psixoloji travmadan sonra ora dərsə gedə bilməz? Dərsə getməyə-getməyə o necə imtahan verə bilər?”
Leyla Şirinova bildirib ki, onlar Züleyxanın evdə təhsil almasına da razıydılar. Amma nazirlik bu məsələ ilə bağlı onlara heç bir təklif etməyib: “Onlar qızıma heç olmasa evdə təhsilinı davam etdirməyi təklif edə bilərdilər. Görünür, bu məsələ onların marağında deyil. Qızım rəfiqəsi öləndən sonra o məktəbə ayaq basa bilməz, nəinki təhsil ala. 2 aydır ki, Züleyxa psixoloq dəstəyi alır. Bu hadisə qızımı çox sarsıdıb. Heç bir şey dəyişib əvvəlki kimi ola bilməz. Mən övladımın həyatından çox narahatam. Təhsil Nazirliyi nə istəyir, növbəti intihar hadisəsi baş versin?!».
Leylal Şirinovanın dedikləri ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən News24.az-ın sorğusuna cavab olaraq məsələni araşdırıb məlumat veriləcəyini bildirdilər.
Afaq Mirayiq